Düşmən artıq Azərbaycan Ordusunun üstünlüyünü etiraf etmək məcburiyyətində qalıb - MN

21 Oktyabr 2020 19:21

Düşmən artıq Azərbaycan Ordusunun üstünlüyünü etiraf etmək məcburiyyətində qalıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu bu gün keçirilən mətbuat konfransında Müdafiə Nazirliyinin mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov deyib.

Onun sözlərinə görə, artıq Ermənistan etiraf edir ki, Azərbaycan Ordusu döyüş meydanında qat-qat üstündür: "Düşmənin bu etiraflarını Azərbaycanın. Ali Baş Komandanı daha əvvəl demişdi.
Düşmənin etiraf etdiyi faktorları Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusu yüksək texnologiyalı və müasir texnikalarla təchiz olunub, əsgər və zabitlər müasir taktika, təlimlərə yiyələnib".

Milli.Az