Nigeriyada həbsxanaya basqın: İki minə yaxın məhbus qaçdı

21 Oktyabr 2020 19:34

Nigeriyada polis daxilində yaradılan Xüsusi Oğurluqla Mübarizə Komandasına qarşı etirazlar davam edir.

Milli.Az oxu.az-a istinadən bildirir ki, etiraz aksiyaları zamanı Laqosa silahlıların basqın etdiyi iki həbsxanadan təxminən iki min məhbus qaçıb.

Silahlılar həbsxana işçilərini saxlayaraq, məhbusların qaçmasına şərait yaradıblar.

Ümumilikdə 1993 məhkum itkin düşüb.

Laqosda 24 saatlıq komendant saatı elan edilib.

Edo əyalətində dünən bir həbsxanaya etirazçıların basqını nəticəsində təxminən 200 məhbusun qaçdığı qeyd olunur.

Ötən həftədən bəri ölkənin müxtəlif əyalətlərində keçirilən etiraz aksiyalarında ən az 15 nəfərin öldüyü, yüzlərlə insanın yaralandığı bildirilir.

Milli.Az