Qayanada yaşayan yeganə azərbaycanlıdan ikili standartlara etiraz - FOTO

21 Oktyabr 2020 19:29

Azərbaycandan uzaqda - Cənubi Amerika qitəsində yerləşən Qayana Kooperativ Respublikasında yaşayan yeganə azərbaycanlı Təranə Qədirova ailəsi ilə birlikdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dünyanın ikili münasibət göstərməsinə etiraz edib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Milli.Az-a verilən məlumata görə, o, ailə üzvləri ilə birlikdə əllərində Qarabağa aid "Azərbaycan önəmlidir!", "Qarabağ Azərbaycandır!", "Dünya niyə biganədir?!" plakatları ilə dəstəklərini nümayiş etdiriblər.

Qeyd edək ki, Təranə xanım 1993-cü ildən Rusiyanın Qayana Koorperativ Respublikasındakı səfirliyində tərcüməçi olaraq çalışır.

Milli.Az