Heyətdə olmadığını sosial şəbəkədən öyrəndi

21 Oktyabr 2020 19:09

"Mançester Yunayted"in qapıçısı Serxio Romeronun adı klubun Premyer Liqada yeni mövsüm üçün iştirak ərizəsinə daxil edilməyib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, klub bu barədə 33 yaşlı qolkiperə məlumat da verməyib. Maraqlıdır ki, argentinalı qapıçı bunu sosial şəbəkədən öyrənib.
 
Bundan əlavə, eyni hal Çempionlar Liqasında da baş verib. "Mançester Yunayted" Romeronun turnirin iştirak ərizəsinə daxil edilmədiyini də ona deməyib.
 
Qeyd edək ki. S.Romero 2015-ci ildən "Mançester Yunayted"də çıxış edir. O, 2009-cu ildən Argentina millisinin üzvüdür.

Milli.Az