İqbal Ağazadə: «Ümumi partiya blokları yaratmaqdansa, dairə blokları yaradılsın»
23 Aprel 2010 18:06
Milli.Az-ın verdiyi xəbərə görə, bu fikirləri Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadə Azərbaycan Milli İstiqlal Partiyasının qərargahında 10 partiyanın iştirakıyla Dağlıq Qarabağ münaqişəsi və seçkiöncəsi vəziyyətə həsr olunan konfransda deyib.
O qeyd edib ki, müxalifət bir yerdə olsun fikri ortaya gələn kimi siyasi partiyaların mövqeləri haçalanır: "Siyasi partiyaların hamısı mahiyyət etibari ilə özünü bir təsnifata aid edir və mübahisələr də buradan yaranır".
İqbal Ağazadə vahid namizədin və vahid bloklaşmanın əleyhinə olduğunu qeyd edib: "Dünyada anoloji olaraq çox nadir hallarda seçkilərdən əvvəl bloklar yaranır. Adətən seçkinin nəticələrinə uyğun olaraq bloklar formalışır. Biz ümumi partiya blokları yaratmaqdansa, dairələr üzrə bloklar yaratmalıyıq".
Ülvin
Milli.Az