"Terrorçu Ermənistan hakimiyyəti cəzalandırılmalıdır" - Sevil Mikayılova - VİDEO

21 Oktyabr 2020 13:47

Milli Məclisin deputatı Sevil Mikayılova Ermənistanın Gəncədə mülki əhaliyə qarşı terror əməli ilə bağlı "TRT World" televiziya kanalına müsahibə verib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, S.Mikayılova bildirib ki, Ermənistan silahlı qüvvələri münaqişə zonasından uzaqda yerləşən şəhərlərdə mülki vətəndaşlarımızı raket atəşinə tutur.

Deputat vurğulayıb ki, Ermənistan tərəfindən bu terror əməlinin gecə yarısı törədilməsi çoxlu sayda mülki insanın qətlə yetirilməsinə yönəlib. S.Mikayılova qeyd edib ki, beynəlxalq təşkilatlar Ermənistan hakimiyyətinin bu terror əməlini pisləməli və bu cinayəti törədənlər cəzalandırılmalıdır.

Milli.Az