Petr Çex "Çelsi"nin iştirak ərizəsində

21 Oktyabr 2020 14:25

"Çelsi"nin İngiltərə Premyer Liqasının 2020/21 mövsümü üçün 25 nəfərlik heyəti açıqlanıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, London təmsilçisinin açıqladığı heyətdə 2019-cu ildə karyerasını başa vurmuş Petr Çexin də adı var.

Hazırda klubun texniki məsləhətçisi kimi fəaliyyət göstərən keçmiş qolkiper ehtiyat qapıçı kimi sifariş olunub. Pandemiya ilə əlaqədar komandanın bu mövsüm qapıçılarla bağlı problem yaşayacağı halda, ən son variant kimi Çexin xidmətindən istifadə olunacaq.

Qeyd edək ki, "Çelsi"də Kepa Arrisabalaqa, Eduard Mendi və Villi Kabalyero kimi qapıçılar çıxış edir.

Milli.Az