Əfqanıstanda Pakistan konsulluğu qarşısında basabasda 12 nəfər öldü - FOTO

21 Oktyabr 2020 14:08

Əfqanıstanın şərqində Nanqarhar əyalətinin inzibati mərkəzi Cəlalabadda Pakistan konsulluğunun qarşısındakı viza üçün yaranan basabas nəticəsində ən az 12 nəfər ölüb, bir o qədər də insan yaralanıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, ölənlərin və yaralananların əksəriyyəti qadınlardır.

Basabasın səbəbləri dəqiqləşdirilməyib.

Milli.Az