"Bavariya"nın futbolçusu koronavirusa yoluxdu

21 Oktyabr 2020 10:28

"Bavariya"nın futbolçusu Serj Qnabri koronavirusa yoluxub.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, 25 yaşlı oyunçunun koronavirus testi müsbət çıxıb və o, evində karantinə alınıb.

Qeyd edək ki, Qnabri bu mövsüm Bundesliqda 4 matçda 3 qol vurub.

Milli.Az