Tonqa krallığı sahillərində zəlzələ baş verib

21 Oktyabr 2020 09:50

Tonqa krallığı sahillərində 5,9 bal gücündə zəlzələ baş verib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə ABŞ-ın Geoloji Xidməti xəbər verib.

Yeraltı təkanların episentri Neiafu şəhərindən 183 kilometr cənub-şərqdə, ocağı isə 10 kilometr dərinlikdə yerləşib.

Xəsarət alan, dağıntılar və sunami təhlükəsi barədə məlumat verilməyib.

Milli.Az