Dünyada son bir həftədə 2,4 milyondan çox koronavirusa yoluxma halı qeydə alınıb

21 Oktyabr 2020 08:33

Dünyada yeni növ koronavirusa (COVİD-19) yoluxanların sayı 40 milyon nəfəri ötüb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı xəbər verib.

"Son bir həftə ərzində dünyada koronavirusa yoluxanların sayı 2,4 milyondan çox artıb ki, bu da pandemiyanın başlanğıcından yeddi gündə rekord göstəricidir. Ötən həftənin sonuna 40 milyondan çox yoluxma, 1,1 milyon ölüm hadisəsi qeydə alınıb", - ÜST-ün hesabatında bildirilir.

Ən çox yoluxma və ölüm halları Cənubi və Şimali Amerikada qeydə alınıb - 18,8 milyondan çox yoluxma və 608 mindən çox ölüm halı. İkinci yerdə Avropa regionu qərarlaşıb. Burada yoluxanların sayı 8 milyonu, ölənlərin sayı isə 256 mini keçib. Üçüncü yeri Cənub-Qərbi Asiya regionu tutur, burada ümumilikdə yoluxanların sayı 8,5 milyonu, ölənlərin sayı isə 135 mini ötüb.

Milli.Az