Ermənistan xarici işlər naziri Rusiyaya gedib

21 Oktyabr 2020 08:26

Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyan Rusiyaya qısamüddətli işgüzar səfərə gedib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Ermənistan XİN-in mətbuat katibi Anna Naqdalyan "Facebook" səhifəsində xəbər yayıb.

Bildirilir ki, hazırda Zöhrab Mnatsakanyan Rusiyanın paytaxtı Moskva şəhərindədir.

Milli.Az