"İnter"in koronavirusa yoluxan futbolçularından biri sağaldı

21 Oktyabr 2020 07:41

"İnter"in koronavirusa yoluxan futbolçusu Alessandro Bastoni sağalıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, müdafiəçinin ikinci koronavirus testi neqativ nəticələnib. Bu barədə o, sosial şəbəkə hesabında məlumat yayıb.

Futbolçu tezliklə komandaya qoşulacaq.

"İnter"də Bastonidən başqa Andrey İonut Radu, Raca Naynqqolan, Roberto Qalyardini və Eşli Yanqın da koronavirus testi pozitiv nəticələnmişdi.

Milli.Az