"Fənərbağça"da rəsmi ayrılıq

21 Oktyabr 2020 07:28

"Fənərbağça" yarımmüdafiəçisi Qarri Rodriqeslə yollarını ayırıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, Super Liqa təmsilçisi 30 yaşlı futbolçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Kabo Verde yığmasının üzvü olan vinger, müqavilə ilə məxsus olduğu Səudiyyə Ərəbistanının "Al-İttihad" klubuna qayıdıb.

Qeyd edək ki, "Fənərbağça" Rodriqesi ötən ilin yayında satınalma şərti ilə 2 illik icarəyə götürmüşdü.

Milli.Az