Xudafərinlə bağlı erməni tərəfinin yaydığı məlumat dezinformasiyadır - MN

20 Oktyabr 2020 18:25

Ermənistan müdafiə nazirliyinin guya döyüşlərin Xudafərin istiqamətində getməsi barədə yaydığı məlumat cəfəngiyatdan başqa bir şey deyil və bu məlumatın şərh olunmasına heç ehtiyac da yoxdur.

Bu barədə Milli.Az-a Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, bu məlumat Ermənistan ictimaiyyətində hökm sürən qorxunun qismən azaldılmasına hesablanmış dezinformasiyadır.

Milli.Az