Xoş gəldin ZƏNGİLAN! - VİDEO

20 Oktyabr 2020 17:25

Bu gün rəşadətli ordumuz Zəngilan şəhərini düşmən tapdağından azad edib. Zəngilan 1993-cü il oktyabrın 29-da Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunmuşdur. Azərbaycanın işğal olunan son rayonu idi. Bununla da işğalda ən az qalan rayonumuz oldu. Artıq Zəngilan şəhərində 27 ildən sonra Azərbaycan bayrağı dalğalanır. Bu sevinci sözlərlə ifadə etmək mümkün deyil. Bu qələbəyə bütün Azərbaycan sevinir.

Zəngilan strateji cəhətdən çox əlverişli yerdə yerləşir. Şəhərin işğaldan azad olunması ilə Cənubi Azərbaycanla olan bütün quru sərhədlərimiz bərpa edilir. Zəngilan Naxçıvanla ən yaxın quru sərhədimiz olan rayonumuzdur. Zəngilanın azad olunması ilə həm də, Zəngəzurla tarixi sərhədimiz bərpa edilir. Qızıl ehtiyatına görə Kəlbəcərdən sonra ikinci yerdədir. Bundan başqa Zəngilan çoxlu sərvətlərə malikdir.

Rəşadətli ordumuz bizi torpaqlarımızı işğaldan azad etməklə qələbə sevincini yaşatmaqda davam edir.

Yaşasın qüdrətli Azərbaycan Ordusu!

Fərid Zöhrabov
Day.Az