Ramos “Şaxtyor”la matçda oynamayacaq

20 Oktyabr 2020 19:09

"Real"ın futbolçusu Serxio Ramos Çempionlar Liqasının qrup mərhələsinin 1-ci turunda "Şaxtyor"la matçda oynamayacaq.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, buna səbəb onun La Liqanın 5-ci turunda "Kadis"lə görüşdə (0:1) zədələnməsidir. İspan müdafiəçi sözügedən oyunda  dizindəki narahatlıq səbəbindən məcburi əvəzlənib. Komandanın son məşqçini buraxan Ramosun "Şaxtyor"la qarşılaşmada meydana çıxmayacağı bildirilib.

Qeyd edək ki, sabah Madriddə keçiriləcək "Real" - "Şaxtyor" oyunu Bakı vaxtı ilə 20:55-də başlayacaq.

Milli.Az