Məşhur futbolçu koronavirusa yoluxdu

20 Oktyabr 2020 17:24

La Liqaya yaxşı başlayan "Qranada"nın futbolçusu Roberto Soldado koronavirusa yoluxub.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, onun koronavirus testi müsbət çıxıb. Hazırda karantində olan 35 yaşlı hücumçunun bir neçə matçı buraxacağı bildirilib.

Qeyd edək ki, "Qranada" Avroliqanın qrup mərhələsinin 1-ci turunda oktyabrın 22-i PSV, La Liqada isə oktyabrın 25-i "Xetafe" ilə qarşılaşacaq.

Xatırladaq ki, "Qranada" La Liqada 10 xalla 3-7-ci pillələri bölüşdürür.

Milli.Az