Məşhur astrofizikdən QORXUNC PROQNOZ: 2 noyabrda Yer kürəsinə...

21 Oktyabr 2020 07:35

Məşhur astrofizik Nil de Qrass Tayson qorxulu proqnozunu açıqlayıb.

Milli.Az xəbər verir ki, o, 2 noyabr tarixində Yer kürəsinə asteroid düşə biləcəyini iddia edib.

Tayson "2018VP1" adlı asteroidin 46 min km/saat sürətlə Yer kürəsinə doğru irəlilədiyini bildirib.

"Independent"in xəbərinə görə, NASA da daha əvvəl asteroidin planetimiz istiqamətində hərəkət etdiyini bildirmiş, lakin toqquşma ehtimalının az olduğu qeyd edilmişdi.

Kosmik agentlik mövzu ilə bağlı açıqlamasında asteroidin çox kiçik olduğu üçün Yerin atmosferinə daxil olduğu anda parçalanacağını vurğulamışdı.

Xatırladaq ki, noyabrın 3-də ABŞ-da prezident seçkiləri keçiriləcək. (publika.az)

Milli.Az