TikTok yanlış məlumatları etiketləyəcək

22 Oktyabr 2020 21:45

Digər sosial şəbəkələr kimi yanlış informasiyalarla mübarizə aparan TikTok yeni qərar qəbul edib.

Milli.Az ted.az-a istinadən bildirir ki, yeniliyə görə, TikTok çaşdırıcı, yalan məlumat yayan paylaşımları etiketləyəcək. Əsas məqsəd paylaşımı edən mənbənin etibarlı olmadığını istifadəçilərə çatdırmaqdır. Etiket kiçik ikon vasitəsilə qeyd ediləcək.

Xatırladaq ki, TikTok sosial şəbəkəsi təhlükəsizlik məsələləri ilə əlaqədar olaraq bir neçə ölkədə qadağan olunub.

Milli.Az