Tesla Model 3-ün 2021 versiyasında yenilik edilib

22 Oktyabr 2020 22:15

Tesla təqdim olunan 2021 Model 3 ilə istifadəçilərinə əhəmiyyətli yenilik təqdim edib.

Milli.Az ted.az-a istinadən bildirir ki, "Səmərəlilik paketi" sayəsində Tesla Model 3 istifadəçiləri daha çox məsafə qət edə biləcəklər.

Tesla heç bir əlavə qiymət tələb etmədən Model 3-ün 2021 versiyasında tək bir şarjla nəqliyyat vasitələrinin qət edə biləcəyi məsafəni artırıb.

Açıqlamaya görə, Tesla Model 3 2021 modellərinin yeni paketlə məsafə artımı belə olacaq:

Tesla Model 3 Standard: 402 kilometr -> 423 kilometr

Tesla Model 3 Uzun Menzilli İkiqat Mühərrik: 519 kilometr -> 568 kilometr

Tesla Model 3 Performans: 481 kilometr -> 506 kilometr

Milli.Az