Suqovuşan və Talışa gedən yolların bərpasına başlanılır

20 Oktyabr 2020 11:25

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin tapşırığına əsasən, Ermənistan silahlı qüvvələrinin işğalından azad edilmiş Tərtər rayonunun Suqovuşan və Talış kəndlərinə gedən avtomobil yollarının bərpasına başlanılır.

AAYDA-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Milli.Az-a verilən məlumata görə, ümumi uzunluğu 29 km olan avtomobil yollarının bərpası üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən hazırlıq işlərinə start verilib.

Milli.Az