"Mustafa Şentopun bu gün burada olması iki ölkə arasında qardaşlığın daha bir nümunəsidir" - Sahibə Qafarova

20 Oktyabr 2020 11:22

Azərbaycan və Tükiyənin dostluğu və qardaşlığı sarsılmazdır, əbədidir.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova bu gün Milli Məclisin plenar iclasında deyib.

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şəntopun iştirakı ilə keçirilən iclasda S.Qafarova qeyd edib ki, Azərbaycan daim Türkiyəni öz yanında hiss edib.

Spiker bildirib ki, Ermənistanın Azərbaycana qarşı təxribatları nəticəsində ordumuzun əks-hücum əməliyyatları zamanı dünya Azərbaycanla Türkiyə arasında qardaşlığının bir daha şahidi oldu. Türkiyə bəyan etdi ki, Azərbaycanın bu haqq işində ölkəmizin yanındadır.

M.Şəntopun bu gün burada olması iki ölkə arasında qardaşlığın daha bir nümunəsidir.

Milli.Az