Qetji: “Həbibi yerə sərəndə minlərlə azarkeşi ağlayacaq”

20 Oktyabr 2020 11:59

31 yaşlı amerikalı UFC döyüşçüsü Castin Qetji Həbib Nurməhəmmədovla döyüşü ərəfəsində rusiyalı idmançının azarkeşləri barədə danışıb.

Milli.Az bildirir ki, bu barədə "Championat" nəşri yazıb.

"Rusiyalı döyüşçü və idmançıları tanıyıram? Bir neçəsini tanıyıram. Ancaq onun azarkeşləri haqqında bir şeyi bilirəm: onlar dünyadakı ən ciddi oğlanlardır, ancaq onların göz yaşlarını axıtmaq asandır. Mən Həbibi yerə sərəndə onun minlərlə azarkeşi ağlayacaq. Öz azarkeşlərimə söz verə bilərəm ki, oktyabrın 24-də əsl təhlükə təşkil edəcəm və bu döyüşün bir hissəsi olacaq. 25 dəqiqəlik döyüş ərzində Həbib təhlükədə olacaq", - idmançı bildirib.

Xatırladaq ki, döyüş oktyabrın 24-də keçiriləcək.

Milli.Az