Həbib futbol tarixinin ən yaxşı 6 oyunçusunu seçdi

20 Oktyabr 2020 11:20

Mütləq Döyüş Çempionatının (UFC) yüngül çəkidə kəmər sahibi Həbib Nurməhəmmədov futbol tarixinin ən yaxşısı hesab etdiyi oyunçuların adını açıqlayıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, o, bununla bağlı deyib: "Pelenin adını çəkməmək olmaz, eyni zamanda Maradona, Messi, Kriştianu Ronaldu, braziliyalı Ronaldo və Zidan. Bu cür oyunçular çoxdur. Ancaq mən bu altı futbolçunu seçərdim".

Qeyd edək ki, H.Nurməhəmmədov oktyabrın 24-də - Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu Dabidə  Castin Geyci ilə qarşılaşacaq.

Milli.Az