İsraildə koronavirusa yoluxanların sayı 304 min nəfəri ötüb

20 Oktyabr 2020 08:00

İsraildə ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) 1 767 nəfər yoluxub.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların sayı 304 876 nəfərə çatıb.

Bildirilir ki, hazırkı dövrədək koronavirusa yoluxanlardan 278 394 nəfəri sağalıb, 2 263 nəfəri isə vəfat edib.

Qeyd edilir ki, aktiv koronavirus xəstələrinin sayı 24 209 nəfər təşkil edir.

Milli.Az