İngiltərə Premyer Liqasında koronavirusa daha 8 yoluxma halı qeydə alınıb

19 Oktyabr 2020 23:45

İngiltərə Premyer Liqasının futbol klublarında növbəti dəfə koronavirus bağlı testlər aparılıb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, testlərdən 1 575 nəfər keçib. Onlardan 8 nəfərində yeni növ koronavirus aşkarlanıb.

Koronavirus aşkarlanan şəxslərin və məxsus olduqları klubların adları açıqlanmır.

Qeyd edək ki, İngiltərə Premyer Liqasında yeni mövsüm ərzində 32 yoluxma halı aşkarlanıb.

Milli.Az