Tərtərə mərmi düşmə anı CNN-in kamerasında - Halil, bomba düşdü, getdik - VİDEO

19 Oktyabr 2020 17:50

Gəncədə törədilən hərbi cinayət zaman standapı ilə bütün dünyanın diqqətini çəkən türk jurnalist Fulya Öztürk yenə dəhşətli hadisənin canlı şahidi olub.

Milli.Az haberler-ə istinadla bildirir ki, CNN Türk-ün müxbiri Fulya Öztürk operator Halil ilə birlikdə hadisə yerindən reportaj hazırlayarkən yaxınlıqdakı mülki obyektlərə raket düşüb.

Müxbirin canlı yayım zamanı "Halil, bomba düşdü yaxınlığa, getdik", - deməsi diqqətdən yayınmayıb.

O bildirib ki, bundan əvvəlki raket bir az əvvəl reportaj hazırladıqları yerə düşüb.

Bəxtiyar Umarlı
Milli.Az