AzTV-nin əməkdaşı cəbhə bölgəsində yaralandı

19 Oktyabr 2020 16:53

Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrini atəşə tutması nəticəsində Azərbaycan Dövlət Televiziyasının (AzTV) əməkdaşı xəsarət alıb.

Milli.Az bildirir ki, Trend-in cəbhə bölgəsində olan müxbirinin verdiyi məlumata görə, jurnalist Anar Şuşalı çəkiliş zamanı ermənilərin atəşinə tuş gəlib. Hadisə nəticəsində Anar Şuşalı ayağından iki qəlpə yarası alıb. Jurnalist xəstəxanaya yerləşdirilib.

Milli.Az