Bakıda kişi barışığa gələn keçmiş kürəkəninə balta ilə hücum etdi

19 Oktyabr 2020 19:09

Bakının Xəzər rayonunda bir nəfərin ağır yaralanması ilə nəticələnən ailə münaqişəsi baş verib.

Bu barədə Milli.Az-a hüquq-mühafizə orqanlarından məlumat daxil olub.

Belə ki, 1972-ci il təvəllüdlü yerli sakin Toğrul Hüseynov qızı ilə barışıq üçün evinə gələn 1993-cü il təvəllüdlü keçmiş kürəkəni Nurlan Paşayevə balta ilə hücum edib.

Münaqişə zamanı kişi N.Paşayevin başına balta ilə bir neçə zərbə endirib. Nəticədə zərərçəkən 3 saylı şəhər klinik xəstəxanasına yerləşdirilib.

Faktla bağlı cinayət işi başlanıb, T.Hüseynov saxlanıb.

Milli.Az