Soyuq aylarda hansı vitaminlər kömək edir

19 Oktyabr 2020 23:00

Dietoloq, qastroenteroloq Svetlana Nezvanova qışda hansı vitaminlərin faydalı olduğunu açıqlayıb.

Milli.Az saglamolun.az-a istinadən bildirir ki, həkimin sözlərinə görə, yağlı ərzaqları gözardı etmək olmaz, çünki onların tərkibində çoxlu faydalı maddələr, xüsusən D və A vitaminləri var. Birincisi şit və əridilmiş kərə yağının içində var. Dietoloq həmçinin çoxlu yağlı balıq yeməyi məsləhət bilir.

"Qışda, hava soyuq, nəmişlik olanda pəhrizə bir qədər yağ əlavə etmək olar. Əslində, yaya nisbətən qışda yağdan daha çox istifadə etmək lazımdır", - mütəxəssis deyib.

C qrupu vitaminlərini də unutmaq olmaz, onlar orqanizmi viruslu xəstəliklərə qarşı hazırlayır.

Milli.Az