Ukraynada yeni ekspres koronavirus testləri istifadəyə veriləcək

19 Oktyabr 2020 21:31

Bu həftə Ukraynada yeni ekspress COVID-19 testləri istifadəyə verilə bilər.

Milli.Az medicina.az-a istinadən xəbər verir ki, bu barədə Səhiyyə nazirinin müavini, baş dövlət sanitar həkimi Viktor Lyaşko bildirib.

"Polimeraz zəncir reaksiyası metodu ilə yoxlamadan başqa indi yeni ekspress testlər çıxıb. Onlar ÜST tərəfindən tanınıb və kütləvi yoxlama vaxtı tətbiq üçün tövsiyə edilib.

Biz mümkün olan hər şey edirik ki, insanlar üçün pulsuz olacaq, ailə həkimi, mobil briqada tərəfindən yoxlanıla bilən bu testlər artıq yaxın vaxtlarda, gələn həftə çıxsın", - deyə o bildirib.

Lyaşko əlavə edib ki, pasiyentin xəstəxanaya yerləşdirilməsi vaxtı həkim dərhal ekspress test edə bilər, nəticə 15-30 dəqiqə sonra hazır olacaq. Onun sözlərinə görə, bu testlərin etibarlılığı polimeraz zəncir reaksiyası testi kimidir.

Milli.Az