Araz Abdullayevin baş məşqçisi qovuldu

19 Oktyabr 2020 17:27

Azərbaycan millisinin futbolçusu Araz Abdullayevin çıxış etdiyi Türkiyənin "Boluspor" klubu  baş məşqçisi Ahmet Taşyürek istefaya göndərilib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. 48 yaşlı mütəxəssislə uğursuz çıxışa görə yollar ayrılıb.

Qeyd edək ki, "Boluspor" 5 turdan sonra 1-ci Liqada cəmi 1 xal toplayıb.

Milli.Az