"Neftçi"nin futbolçusu koronavirusa yoluxdu

19 Oktyabr 2020 17:16

"Neftçi"nin konqolu futbolçusu Prins İbara koronavirusa yoluxub.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, 24 yaşlı hücumçudan götürülən test nümunələrinin cavabları müsbət çıxıb. Bu barədə Konqo mətbuatı məlumat yayıb. Oyunçunun milli komandanın düşərgəsində COVİD-19-a yoluxduğu bildirilib.

Qeyd edək ki, "Neftçi" İbaranı yay fasiləsində heyətinə cəlb edib.

Milli.Az