Ucar sakinindən 4 kq-dan artıq narkotik götürüldü

19 Oktyabr 2020 18:34

Ucar rayon sakinindən narkotik vasitə götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Milli.Az-a verilən xəbərə görə, Ucar Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Qazyan kənd sakini, əvvəllər məhkum olunmuş Z.Vahidovun evindən 4,5 kiloqram marixuana aşkar edilərək götürülüb.

Milli.Az