Mustafa Şentop Heydər Əliyevin məzarını, Şəhidlər xiyabanını və Bakı Türk şəhidliyini ziyarət edib - FOTO

19 Oktyabr 2020 12:52

Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop bu gün Fəxri xiyabanda Ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, Mustafa Şentopu Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanov müşayiət edib.

Daha sonra M.Şentop Şəhidlər xiyabanını və Bakı Türk şəhidliyini ziyarət edib.

Milli.Az