Kosta zədələndi - 6 oyunu buraxacaq

19 Oktyabr 2020 14:58

"Atletiko"nun futbolçusu Dieqo Kosta zədələnib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, 32 yaşlı hücumçu La Liqanın 5-ci turunda "Selta" ilə matçda (2:0) əzələsindən xəsarət alıb. Onun ən az 3 həftə yaşıl meydanlardan kənarda qalacağı bildirilib.
 
Bununla da Kostanın Çempionlar Liqasının qrup mərhələsində "Bavariya", "Zalsburq" və Moskva "Lokomotiv"i, La Liqada isə "Betis", "Osasuna" və "Kadis"lə oyunları buraxacağı məlum olub.
 
Qeyd edək ki, D.Kosta bu mövsüm La Liqada 4 oyuna çıxıb və 1 qol vurub.

Milli.Az