Rusiya millisinin məşqçisi Stanislav Çerçesovun oğlu oyun zamanı başından zədə alaraq huşunu itirib və xəstəxanaya aparılıb.
Milli.Az bildirir ki, bu barədə metaratings.ru xəbər yayıb.
Bildirilir ki, "Olimp-Dolqoprudnıy" klubunun qapıçısı kiçik Stanislav Çerçesov "Rodina"ya qarşı oyunun 21-ci dəqiqəsində digər oyunçu ilə toqquşub.
Məlumata görə, 26 yaşlı qolkiperə alt çənənin yerdəyişmiş sınığı və yüngül beyin sarsıntısı ilə baş zədəsi diaqnozu qoyulub. Onun həmçinin dişi qırılıb.
Gənc futbolçunun əməliyyat olunacağı deyilir. (oxu.az)
Milli.Az