İran ermənilərin PUA-sını vurdu - İLK DƏFƏ - FOTO

19 Oktyabr 2020 11:30

İran ərazisində Ermənistanın pilotsuz uçan aparatı (PUA) vurulub.

Milli.Az bildirir ki, İran-Azərbaycan sərhədini pozan PUA Ərdəbil vilayətinin səmasında vurulub.

Bu, İranın Hava Hücumundan Müdafiə Qüvvələrinin erməni PUA-sını vurmaları ilə bağlı ilk hadisədir.

Vurulmuş PUA-nın tipi barədə rəsmi məlumat verilməsə də, onun Ermənistanın "Krunk" kəşfiyyat PUA-sı olduğu şübhə doğurmur.

Ermənilər "Kruk" vasitəsilə Qarabağ savaşında artilleriya kəşfiyyatı aparmağa, hədəfləri müəyyənləşdirəndən sonra həmin koordinatlara artilleriya zərbələri endirməyə çalışırlar.

Milli.Az