Hələ belə səyahət olmamışdı - FOTO

3 Yanvar 2012 19:49
Avialaynerin "biznes klass" səviyyəli sərnişinlər üçün nəzərdə tutulmuş bölümü "Ulduzlara səyahət" fantastik filmindəki kosmik gəmilərin göyərtəsini xatırladır.

Milli.Az ABC-yə istinadən bildirir ki, tanınmış dizayner Mark Nyusonun layihəsi əsasında hazırlanmış interyerdə sərnişin yerləri maye kristalları panellər, dəri oturacaqlar, çarpayının üstünə salınmış qoyun dəriləri və döşəmədəki xalçalarla fərqlənir.

Uçuş zamanı sərnişinlər 1000 videofilm arasından seçim edə bilərlər.

"Qantas" aviaşirkətinin belə təyyarələri Sidney-London və Sidney-Los Anceles marşrutları ilə uçuşlara başlayıblar.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.











Fotolar: ABC