Premyer Liqada yeni rekord

19 Oktyabr 2020 11:23

İngiltərə Premyer Liqasında yeni rekord qeydə alınıb.

Milli.Az apasport.az-a istinadla bildirir ki, mövsümün ilk 5 turu yüksək məhsuldarlıqla əlamətdar olub.

Baş tutan 46 qarşılaşmada 171 qol vurulub. Orta məhsuldarlıq 3,72-yə bərabər olub.

Bu, Premyer Liqa tarixində ilk 5 tur üçün ən yüksək göstəricidir. Ümumilikdə, İngiltərə çempionatında isə son belə göstərici 60 il öncə qeydə alınıb. 1960/61 mövsümündə orta göstərici 3,73-ə çatıb.

Milli.Az