Nazarovun komandasından çətin qələbə

19 Oktyabr 2020 11:56

Almaniya 2-ci Bundesliqasında 4-cü turun oyunları keçirilib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Dmitri Nazarovunun çıxış etdiyi "Ersgebirge" doğma meydanda "Haydenhaym"la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb - 2:1.

Nazarov bu matçın iştirakçısı olmayıb. O, sonadək ehtiyatda qalıb.

4 turdan sonra 7 xala malik "Ersgebirge" 18 kollektiv arasında 3-cü pillədə qərarlaşıb.

Milli.Az