Niaqara şəlaləsi Azərbaycan bayrağının rənglərinə boyandı - VİDEO

19 Oktyabr 2020 10:01

Oktyabrın 18-də Kanadanın məşhur Niaqara şəlaləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu, 18 Oktyabr - Azərbaycanın Dövlət Müstəqilliyinin 29-cu ildönümü münasibətilə Amerika Orta-Qərb ştatları üzrə Azərbaycan Mərkəzinin səyləri nəticəsində reallaşıb.

Şəlalə axşam saatlarında Azərbaycan bayrağının göy, qırmızı və yaşıl rənglərinə boyanıb.

Milli.Az