Millimiz üzvü üçün 90 dəqiqə və sarı vərəqə

19 Oktyabr 2020 11:18

Ukrayna Premyer Liqasında 6-cı tura yekun vurulub.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Pavel Paşayevin çıxış etdiyi "Aleksandriya" doğma meydanda "İnhulets"lə qarşılaşıb və 4:3 hesabı ilə qalib gəlib.
 
Paşayev start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb. O, 34-cü dəqiqədə sarı vərəq alıb.
 
"Aleksandriya" hazırda 9 xalla 14 komanda arasında 8-ci pillədə qərarlaşıb.

Milli.Az