“Microsoft” korporasiyası “Windows XP” üçün “Office 2010” paketinin dəstəyini dayandırıb

20 Oktyabr 2020 23:10

"Microsoft" korporasiyası oktyabrın 13-də "Windows XP" əməliyyat sistemi üçün "Office 2010" paketinin dəstəyini dayandırıb.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, ABŞ korporasiyası hələ iki həftə bundan əvvəl istifadəçilərə "Office 2010"-dan yeni "Office 2019" paketinə keçməyin vacibliyi haqqında xəbərdarlıq etmişdi. Şirkət son 10 ildə "Office 2010" paketini dəstəkləyib, amma indi dəyişiklik vaxtı gəlib.

"Microsoft", həmçinin "Mac" əməliyyat sistemi üçün "Office 2010" və "Office 2016" paketlərinin dəstəyini dayandırıb. Bu o deməkdir ki, şirkət daha bu məhsullar üçün texniki dəstək göstərməyəcək, səhvləri aradan qaldırmayacaq və təhlükəsizlik yeniləmələri çıxarmayacaq. Həmin proqram təminatlarından istifadə etməyə davam edən istifadəçilər təhlükə ilə qarşılaşa bilərlər.

Qeyd etmək lazımdır ki, 2010-cu ildən sonra çıxarılmış "Office" versiyaları "Windows XP" sistemini dəstəkləmir. Analitiklərin məlumatına görə, dünyada milyonlarla istifadəçi sözügedən əməliyyat sistemindən istifadəyə davam edirlər.

Milli.Az