Tbilisi teleqülləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb

18 Oktyabr 2020 21:16

Gürcüstanın paytaxtı Tbilisinin ən yüksək nöqtəsində yerləşən teleqüllə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, Mtatsminda parkında yerləşən teleqüllə 18 oktyabr - Azərbaycanın Dövlət Müstəqilliyinin 29-cu ildönümü münasibətilə axşam saatlarından etibarən Azərbaycan bayrağının rəngləri olan göy, qırmızı və yaşıl rənglərlə işıqlandırılıb.

Milli.Az