ANAMA-nın əməkdaşı mərminin partlaması nəticəsində yaralanıb

18 Oktyabr 2020 17:22

Əməkdaşlarımızdan biri səhər saat 09:00 radələrində top mərmisinin partlaması nəticəsində yaralanıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu bu gün keçirilən mətbuat konfransında ANAMA-nın operativ Qərargahının rəisi İdris İsmayılov deyib.

Onun sözlərinə görə, ANAMA-nın əməkdaşı dərhal cərrahi əməliyyat olunub, hazırda vəziyyəti yaxşıdır.

Milli.Az