"Liverpul"da Van Deyk şoku

18 Oktyabr 2020 18:24

"Liverpul"un futbolçusu Vircil van Deyk mövsümün sonunadək yaşıl meydanlardan kənarda qala bilər.

Milli.Az Qol.az-a istinadən xəbər verir ki, 29 yaşlı müdafiəçi Premyer Liqanın 5-ci turunda "Everton"la matçda (2:2) zədələnib. Hollandiyalı oyunçunun dizində çarpaz bağların qırıldığı məlum olub.

Van Deykin mövsümün sonuna qədər komandasına kömək edə bilməyəcəyi ehtimal olunur.

Qeyd edək ki, V.Van Deyk "Liverpul"a 2018-ci ildə "Sauthempton"dan keçib.

Milli.Az