"Ermənistanın bu vandalizminə "dur" deyilməlidir"

18 Oktyabr 2020 15:31

"Ermənistan silahlı qüvvələri dünən gecə saat 01:00 radələrində Gəncə şəhərini yenidən atəşə tutub. Baş Prokurorluğun son məlumatına görə, hadisə nəticəsində 13 nəfər həlak olub, 45-dən artıq şəxs yaralanıb. Eyni zamanda çoxsaylı mülki infrasturuktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.

Düşmənin getdikcə azğınlaşdığı göz önündədir. Gəncədəki mülki vətəndaşlarımız ikinci dəfə eyni dəhşəti, vəhşəti yaşadılar. Ermənistan rəhbərliyi hər zamankı kimi atəşkəs qaydalarını, beynəxalq hüquq normalarını heçə sayır. Lakin düşmən törətdiyi hərbi cinayətlərə görə layiqli cavabını almır. Səbəbi isə bəllidir: "Haqq carçısı" olan beynəxalq qurumlar "ağızlarına su alıb oturublar ". Məhz buna görə getdikcə azğınlaşan ermənilər istədikləri kimi "at oynadırlar"".

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu deputat Ceyhun Məmmədov deyib.

Onun sözlərinə görə, dünən gecə saatlarında mənfur düşmən Gəncəni yenidən vuraraq günahsız əhalini qətlə yetirdi. Ermənistanın davamlı olaraq mülki vətəndaşlarımızı qətlə yetirdiyini deyən deputat vurğulayıb ki, baş verənlərdə beynəlxalq qurumların və xarici dövlətlərin də üzərinə böyük məsuliyyət düşür. Parlament üzvü qeyd edib ki, Ermənistanın bu iyrənc əməllərinə "dur" deyilməlidir:

"Fəaliyyətimizi hüquqi müstəvidə qurmalı, düşmənin xain əməllərini pisləməliyik və eyni səhvləri təkrarlamaı deyilik. Ermənistanın məqsədi münaqişəyə üçüncü dövlətləri cəlb etməkdir.

Buna heç cür imkan vermək olmaz. Onsuz da düşmənin cəzasını ordumuz verir. Təbliğatımızı xarici dillərdə aparmaq çox vacibdir. Sosial şəbəkələrdə erməni yalanlarının ifşası istiqamətində işimizi gücləndirməliyik.

Dövlət qurumları öz işini görür. Bu cinayətlər sənədləşdirilib aktlaşdırılır, müvafiq şəkillər çəkilir və protokollar tərtib olunur. Davamlı olaraq beynəlxalq qurumlara müraciətlər edilir. Ermənistan rəhbərliyi törətdiyi cinayətə görə mütləq cəzalandırılacaq".

Deputat deyib ki, Ermənistanın belə cinayətlərinin məqsədi xalqımızın əzmini qırmaq, döyüş ruhunu azaltmaq, həmrəyliyi pozmaqdır: "Lakin buna nail ola bilməyəcəklər. Belə hadisələr millətimizin əzmini daha da gücləndirəcək.Beynəlxalq qurumlar bu məsələyə ciddi reaksiya verməlidirlər.

O dövlətlər ki, Azərbaycana müharibənin dayandırılmasını deyirdilər. İndi onlar ermənilərə deməlidirlər ki, insanlığa qarşı olan bu cinayəti dayandırsınlar.

Ermənistan bu əməlləri ilə daha çox özünə ziyan vurmuş olur, beynəlxalq aləmdə imicini korlayır. Heç kimi bizi haqq işimizin müdafiəsindən çəkindirə bilməz. Azərbaycan torpaqlarını işğaldan azad edəcək".

Düzdür, ermənilər bunu həzm edə bilmədikləri üçün davamlı olaraq Azərbaycana qarşı təxribat törədirlər. Lakin bu əməllər bizi haqq yolumuzdan döndərə bilməz!".

Milli.Az