COVİD-19-dan ölüm ehtimalını ikiqat artıran amil

18 Oktyabr 2020 13:44

Britaniyalı alimlər böyrək xəstəliyinin koronavirusa yoluxma zamanı ölüm riskini iki dəfədən çox artırdığını aşkarlayıblar.

Milli.Az oxu.az-a istinadən bildirir ki, alimlər bildiriblər ki, martın 10 mart - 23 iyul tarixləri arasında London və Birminqhemdəki dörd xəstəxanada reanimasiya şöbələrində yatan 372 koronavirus xəstəsinin məlumatlarını analiz ediblər.

Onlardan 216-sında xroniki və ya infeksiya ilə əlaqəli böyrək problemləri olub. Həmin xəstələrdən 107-si (təxminən 50 faiz) ölüb. Böyrək çatışmazlığı olmayan qalan 156 xəstə arasında yalnız 32 nəfər həyatını itirib (21 faiz).

Alimlər hesab edirlər ki, bu ağ ciyər və böyrək arasında "çarpaz əlaqə" və infeksiya müalicəsində zəhərli maddələrin istifadəsi ilə əlaqəli ola bilər.

Milli.Az